Wikipedia

Arama sonuçları

6 Temmuz 2016 Çarşamba

Azərbaycan mədəniyyəti
Qədim Azərbaycan mədəniyyətinin ayrı-ayrı tərkib hissələrini tədqiq edən müəlliflər (pedaqoqlar,
sənətşünaslar, filoloqlar və başqaları) bu mədəniyyətin zəngin olduğunu sübut edirlər. Azərbaycanın qədim
sənət tarixini öyrənən tədqiqatçılar - Kərimov K., Əfəndiyev R., Rzayev İ., Həbibov N. və b. Azərbaycan
incəsənətinin dərin qatlarını tədqiq etməklə mədəniyyət tarixində xüsusi xidmət göstərmişlər. Həmin
müəlliflərin «Azərbaycan incəsənəti» adlı monoqrafiyasında qeyd edilir: «Qədim Azərbaycan incəsənətinin tarixi
bu ölkədə dövlətin yaranması tarixindən daha qədimdir. Müxtəlif incəsənət növləri ilə tanışlıq bizi uzaqlara,
ibtidai icma quruluşunun dərinliklərinə aparıb çıxarır». Elə həmin mənbədə tədqiqatçılar qədim Azərbaycan
incəsənətinin tarixi inkişaf prosesini üç dövrlə səciyyələndirirlər:
I.Alban dövründən əvvəlki incəsənət (e.ə.IV əsrə qədər);
II.Alban dövrü incəsənətinin ilk klassik mərhələsi (e.ə.IV – e-nın I əsri);
III.Alban dövrü incəsənətinin II mərhələsi (I-VII əsrlər).
Qədim Azərbaycan mədəniyyətinin tarixi e.ə.XII minillikdən başlayaraq e.ə.IV əsrə qədər olan uzun bir
mərhələni əhatə edir. Bu tarixi dövrdə ibtidai əcdadlarımız öz yaşayış və müdafiəsi üçün zəruri olan tikililəri
yaratmaqla memarlıq sənətinin ilk nümunələrinin təməlini qoymuşlar. Yaşayış üçün digər məqamları da yaddan
çıxarmamış, hazırladıqları hər növdən olan məişət və yaşayış nümunələrinə bədii görkəm və bəzək vermişlər.
Bunlar piktoqrafik, təsviri yazılardır ki, bunların da tarixi e.ə.IV minillikdən (mis dövrü) başlayır. Qədim
Azərbaycanda memarlığın sənət növü kimi inkişafı, ilk növbədə ölkədəki coğrafi mövqe, təbii ehtiyatlarla da
izah olunur. Müxtəlif növdən olan inşaat materialları, daşlar, ağac nümunələri, zəngin gil, əhəng, gəc ehtiyatları
tikinti üçün əlverişli şərait yaradırdı. Bu mənada qədim Azərbaycan memarlığı nümunələrindən mağara, meqalitik
abidələr, mengirlər, kurqanlar, dolmenlər, kromlexlər, siklopik tikililər, həmçinin yaşayış zərurətindən irəli
gələn digər ev tipli qazma, qara damların adlarını çəkmək olar. Qədim Azərbaycan memarlığının bu
nümunələrinin əksəriyyətində dini səciyyə başlıca yer tuturdu. Mengirlər, kromlexlər, kurqanlar ölülər kultu,
ağsaqqala hörmət kultunun təzahürü kimi pərəstiş, qurbangahların yerinə yetirilməsinə də xidmət edirdi ki, bu
da qədim əcdadlarımızın dini təsəvvür və dünyagörüşləri ilə bağlı idi. İbtidai memarlıq nümunələrindən olan
mengirlər haqqında müəlliflər belə qeyd edirlər: «Mengirlərin Azərbaycanda qədim dövrün sonunda (e.ə.I minilliyin
sonu, eramızın ilk əsrləri) yaradılmış insan heykəlləri ilə müəyyən yaxınlığı vardır. Bunu
aydınlaşdırmaq üçün bir daha ulu oğuz babalarımızın yaratmış olduğu və Şamaxı rayonundan (Xınıslı,
Dağkolanı və digər kəndlərdən) tapılmış daş heykəlləri nəzərdən keçirək. Belə heykəllər döyüşçülərin qəbri üstə
qoyularmış. Mengirlərdə olduğu kimi, bu heykəllər də, ölmüş döyüşçünün özünü təmsil edirdi. Bu heykəllərin
qoyulmasında məqsəd ölən adamın ruhunun gəlib həmin daş fiqurda qərar tutması üçün şərait yaratmaq idi.
Beləliklə, qədim dəfn ayininə əsasən mərhumun özü də öz dəfn mərasimində iştirak edə bilirdi».
Qədim dövr incəsənətinin nümünəsi olan mağara təsvirləri rəssamlığın təşəkkülü üçün əlamətdar
hadisə idi. Adətən, qayalıqlarda ovulan mağaralarda qayaların üzərindəki petroqliflər qədim
əcdadlarımızın həyat, təbiət haqqındakı düşüncələrini bizə məlum edir. Azərbaycan ərazisi təsvirlərlə
zəngin dünya ölkələrindən biridir. Qobustan, Ordubad, Kəlbəcərdən tapılmış qaya rəsmləri qədim
Azərbaycan təsviri sənətindən xəbər verir. Bunların içərisində Baş Qafqaz çıra dağlarının cənub-şərq
qurtaracağında yerləşən Qobustan qayaları üzərindəki təsvirlər dünyada bu qəbildən olan ən zəngin
sənət nümunələrindəndir. «Böyükdaş», «Kiçikdaş», «Çingirdaş», «Şonqardağ», «Şıxqaya», «Daşqışlaq»
qayaları üzərindəki təsvirlər iti daşla cızma üsulu ilə çəkilmişdir. Maraqlısı odur ki, bu petroqliflərlə
dünyanın bir çox tanınmış sənətşünasları maraqlanmış və onların məna və mahiyyətinin açılması
sahəsində müxtəlif mülahizələr söyləmişlər. Bu mülahizələrin bir qismi təsvirlərin dini ayinlərin
keçirilməsi vasitəsi, digərləri isə, ova hazırlığın rəmzi olduğunu iddia etməkdədir.
Qədim Azərbaycan incəsənət tarixinə məişət sənətkarlığından dulusçuluq, bədii metal, bədii keramika,
bədii şüşə, zərgərlik, həkkaklıq, hətta heykəltəraşlıq da daxildir. Qədim Azərbaycan ərazisində iki tip bədii dulusçuluq
məmulatı istehsal edilirdi. Qırmızı gil Azərbaycanın cənub rayonlarında, xüsusilə, Naxçıvanda çıxdığı
118
halda, cilalanmış qara rəngli qabların hazırlandığı digər növdən olan gil isə Qafqaz Albaniyasında idi. Keramik
qabların boyanması Azərbaycan dulusçuluğunun spesifik xüsusiyyətlərindən idi.
Bədii metalın təşəkkül və inkişafı Azərbaycanda qurğuşun, qalay, marqans metallarının kəşfi ilə əlaqədar
idi. Qədim əcdadlarımız bu metalların hər birini mislə əridərək daha keyfiyyətli, davamlı olan tuncu kəşf etdilər.
Bu məhsul istehsal aləti, silah və kult əşyalarının hazırlanması üçün daha əlverişli idi. Tunc dövrünün əsasını
qoyan bu metal mədəniyyəti, sənət tarixi üçün də çox əlamətdar hadisə idi. Hazırlanan tunc materiallar, əşyalar
üzərindəki piktoqrafik təsvirlər qədim azərbaycanlıların özünəxas fəlsəfəsindən, yaradıcılıq qabiliyyətlərindən
xəbər verən ən nadir nümunələrdir. Xüsusilə, bədii məzmuna malik nümunələrdə dini səciyyə daha üstünlük
təşkil edir. Şəmkir rayonu ərazisində bir neçə ölünün dəfn edildiyi ümumi qəbirdən tapılmış tunc məmulatı
bədxah ruhlara qarşı animistik və magik səciyyə kəsb edir. Həmin quşların içi boş olan bədənlərində ölülərin
ruhu guya əbədi «rahatlıq tapacaqmış». Tunc fiqurun solundan və sağından bədxah ruhları qovmaq üçün iki
zınqırov da asılmışdır.
Qədim Azərbaycan mədəniyətindən söhbət açarkən həmin tarixin Alban dövrü kimi tanınan səhifəsinə
nəzər yetirmək mütləq zəruridir. Belə ki, bu dövrün mədəniyyəti iki inkişaf mərhələsi ilə səciyyələnir: birinci
mərhələ e.ə.IX – I əsrləri, ikinci mərhələ isə, I-VII əsrləri əhatə edir. Birinci mərhələdə incəsənətin bədii keramika,
zərgərlik, bədii şüşə, həkkaklıq, heykəltəraşlıq, memarlıq da özünəməxsus formada inkişaf etmişdir.
Təkcə onu qeyd etmək olar ki, bir çox qədim şəhərlərimizin adı həmin dövrlə bağlı olmuş, bünövrəsi tarixin bu
çağlarında qoyulmuşdur.
Qədim Azərbaycan mədəniyyətinin mühüm bir tərkib hissəsini əcdadlarımızın söz vasitəsilə ötürdükləri
ədəbi düşüncələri, özünəməxsus ədəbiyyatı olmuşdur. Bütün dünya xalqlarında olduğu kimi, qədim
azərbaycanlıların da ədəbiyyatı onların gündəlik həyatı, məişəti, dünyagörüşləri ilə bilavasitə bağlı olmuşdur.
«Azərbaycan xalqı və onun ulu əcdadları üçün hələ sinifli cəmiyyətin yaranmasıdan çox-çox əvvəl xalq
təxəyyülündə şüursuz bədii bir şəkildə işlənmiş təbiət və ictimai formalar incəsənətin müqəddəs şərti olmuşdur.
Azərbaycan xalqı da təxəyyüldə və təxəyyül vasitəsilə təbiət qüvvələrinə üstün gəlməyə, onları tabe etməyə və
müəyyən şəklə salmağa çalışmışdır". İncəsənətin digər sahələrində olduğu kimi, ədəbiyyatda bu «şəkil» özünü daha bariz formada
göstərir. Xüsusilə, dini görüşlərin söz vasitəsilə əfsanə, əsatir, rəvayət, nağıllar, bayatılar, dastanlarda
təcəssümünü çox aydın şəkildə görmək mümkündür. Bütün bunlar yazılı ədəbiyyatdan çox-çox əvvəllər mövcud
olmuş şifahi ədəbiyyatın nümunələridir. Qədim Azərbaycan ədəbiyyatının bütün nümunələrində dini görüşlərin
təzahürü kimi, süjetləri, motivləri, zoomorfik və antropomorfik, kosmik surətlərlə rastlaşmaq mümkündür.
Bədii sözün, şerin hətta «allahlara belə təsir edə biləcək qüdrətinə inanan qədim azərbaycanlı da təbiət
qüvvələrini, təbii hadisələri, öz arzusuna, istəyinə tabe etdirmək məqsədilə xüsusi sehr düsturları-ovsunlar
yaradırlar ki, bu da xalq şerimizin mənşəcə ən qədim, sadə, ibtidai növlərindən biri olaraq əsrlər boyu
yaşamışdır». Bu cür sehr, ovsunu hələ uşaq yaşlarından sevə-sevə oxuduğumuz, qüdrətinə, möcüzəsinə heyran
qalaraq inandığımız nağıllardan, əfsanələrdən görmək mümkündür ki, Azərbaycanın şifahi ədəbiyyatı bu cür
əsərlərlə çox zəngindir: «Məlikməmməd», «Qolsuz qız», «Sehrli xalça», «Təpəgözün nağılı» və s.
Dünya xalqarının nağıl yaradıcılığı təcrübəsini tədqiq edən alimlər belə bir yekdil nəticəyə gəlmişlər ki,
nağıllar dünyanın yaranışı, quruluşu haqqında ən ibtidai, həm də mifoloji təsəvvürləri əks etdirir. Bu
təsəvvürlərin qayəsini dini düşüncələr əks etdirir. Azərbaycan nağılı «Məlikməmməd» də bunu çox aydın
görmək olar. Məlikməmmədin yeraltı aləmə düşməsi, buranın sakinləri – divlər, əjdəhalarla, digər qara-şər
qüvvələrlə görüşü dediklərimizi sübut edir.
Mərasimlər Qədim Azərbaycan şifahi söz mədəniyyətinin formalaşmasında xalqın məişətinə, həyatına aid
olan bir çox adət-ənənələrdən irəli gəlir. Novruz mərasimi ilə bağlı ədəbi nümunələr, şer nümunələri, nəğmələr,
sayaçı sözləri belələrindəndir ki, bu günə qədər onlar müasir mədəniyyətimizdə çox vacib yer tutur:

Nəğmələr əcdadlarımızdan biz müasir azərbaycanlılara ötürülən mənəvi mədəniyyət nümunələridir. «Kosa-
kosa», «Qodu-qodular. «Gün çıx, gün çıx», «Ovçu Pirim» kimi nəğmələr qədim Azərbaycan şifahi
mədəniyyətinin nümunələrindəndir.
Qədim Azərbaycan ədəbiyyatından danışarkən əcdadlarımızın müqəddəs saydıqları «Avesta»nı da yada
salmaq zəruridir. «Avesta»da qədim azərbaycanlıların dini, əxlaqi, ictimai, siyasi, fəlsəfi görüşlərinin bir çox
cəhətləri bədii şəkildə əks etdirilmişdir. Sinifli cəmiyyətə keçid dövrünün məhsulu olan bu əsərdə bir çox laylalar
məhz folklorla bağlıdır.
Qədim Azərbaycan mədəniyyəti üçün səciyyəvi xüsusiyyət - ibtidai elmi biliklərin təşəkkülü idi. Yuxarıda
qeyd etdiyimiz kimi, Azərbaycanda metal növlərinin istehsalı, onların digər qarışıqlar sayəsində tərkibinin
dəyişdirilməsi ibtidai biliklərdən xəbər verir. Tunc və digər metal xəlitələrinin hazırlanması gələcək metallurgiya
elminin formalaşması üçün əsas idi.

Hiç yorum yok:

Yorum Gönder