Wikipedia

Arama sonuçları

3 Temmuz 2016 Pazar

 QƏDİM MİDİYA MƏDƏNİYYƏTİ 

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Bir dövlət kimi müasir İranın mərkəzi hissəsində yaranmışdı. Midiya haqqında ilk məlumat e.ə. IX əsrin ortalarına aid mixi yazılı qaynaqlarda verilir. Bu adı ilk dəfə Midiya ərazisinə hücum edən və oranı talayan Assur hökmdarı III Salmanasar işlətmişdir. Midiya tayfaları haqqında ilk geniş məlumatı yunan tarixçisi Herodot “Tarix” əsərində vermişdir. O, Midiya ərazisində altı qəbilənin yaşadığını göstərmişdir. Mixi yazılarda Midiya sözü Maday, Matay, Amaday şəklində işlənmişdir. Yunan mənbələri onu “Midiya” kimi qələmə almışdır. Midiya xırda vilayətlərdən (45-ə qədər) ibarət olmuşdur. Vilayətləri canişinlər idarə edirdi. Midiyalılar əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olurdular. Əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və sənətkarlıq idi. Metalişləmə işi sənətlər içərisində daha çox seçilirdi. Midiya ərazisində dəmir, qurğuşun, qızıl, neft və s. çıxarılırdı. “Midiya yağı” adlanan neftdən hərbi işdə də istifadə edilirdi. Neftli parçanı oxlara bağlayıb od vuraraq, düşmənin üzərinə, habelə yanğın törətmək üçün evlərin damına atırdılar.
 Midiya sənətkarları - dulusçular, toxucular, dəmirçilər əmək alətləri, parça, xalça, silah, bəzək əşyaları, məişət əşyaları və s. hazırlayırdılar. Onların hazırladıqları gözəl sənət nümunələri qonşu ərazilərə yayılırdı. Bu, həmin ölkələrdə yerli mədəniyyətin inkişafına böyük təsir göstərmişdir. Midiya-Azərbaycan əlaqələri Azərbaycanda (Urmiyada, Naxçıvanda, Qarabağda) tunc dövrünün boyalı qablar mədəniyyəti nümunələrində daha yaxşı izlənir. Əhali əyanlar, kahinlər, azad adamlar, sıravi icma üzvlərikəndlilər və qullar kimi müxtəlif təbəqələrə ayrılırdı. Astiaq nəsli zadəganların hüquqlarmı məhdudlaşdırmağa çalışırdı. Bu əyanların narazılığına səbəb oldu. Tarixi rəvayətlər Astiaqı qəddar hökmdar kimi tanıtmışdır. Astiaq hakimiyyətini itirməkdən həmişə ehtiyat edirmiş. O, hətta yeganə qızının övladının hakimiyyətə gəlməsini istəməmişdir. Bu məqsədlə qızını fars vilayətinin hökmdarı I Kambizə (Əhəməni nəslindən) ərə verir. Onun fikrincə, fars mənşəli nəvə Midiya taxt-tacına sahib ola bilməzdi. Astiaq yeni dünyaya gəlmiş nəvəsi Kirin öldürülməsi haqqında gizli göstəriş verir. Lakin uşaq təsadüfən sağ qalır. Astiaqın sarayında fars meylli qüvvələr artır. Onlar Kirin hakimiyyətə gəlməsinə çalışırlar. E.ə. 553-cü ildə fars vilayətində II Kir hakimiyyətə gəldi. O, Astiaqa qarşı üç il mübarizə apardı. E.ə. 550-ci ildə qələbə çaldı və Ekbatana şəhərini tutdu. Midiya dövləti süqut etdi və İran Əhəməni (fars) dövlətinin tərkibinə qatıldı.
 Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərindən, AssurBabil qayaüstü mixi yazılarından məlum olur ki, Midiyada mədəniyyət yüksək inkişaf etmişdi. Midiya əfsanələri (“Astiaq və Tomiris”) Midiya mədəniyyətin öyrənilməsi üçün çox mühüm əhəmiyyətə malikdir. Midiyada memarlıq güclü inkişaf etmişdi. Suz sarayları, Ekbatananı əhatə edən yeddi cərgə divarları, qırmızı kərpicdən tikilmiş şah sarayı gözəl memarlıq nümunələridir.
Zərdüştlük təqribən e.ə. VII- VI əsrlərdə meydana gəlmişdir. Müqəddəs kitabı “Avesta” sayılır. Zərdüşt təliminə görə şər ilə xeyir, yalan ilə həqiqət arasında ölüm-dirim mübarizəsi gedir. Zərdüştlüyün təlimində təkallahlılıq təzahür edir. O, Ahrumazdanı vahid allah kimi təbliğ edir. Dünya yaranandan xeyir və şər arasında mübarizə gedir. İnsanlar xeyir və şəri seçməkdə sərbəstdirlər, lakin son anda xeyir şərə, həqiqət yalana qalib gəlməlidir. “Avesta” e.ə. 330 ildə Makedoniyalı İsgəndər tərəfindən əhəməniləri sarayı Persopolu tutan zaman yandırılmış və əsil nüsxəsi bizə gəlib çatmamışdır. Yalnız Sasanilər dövründə (IIIVII əsrlər) yenidən bərpa edilmiş və dövlət dini elan edilmişdir. 21 hissədən ibarət “Avestanın” yalnız 3 hissəsini bərpa etmək mümkün olmuşdur. 1) Vendidad 2) Visperad 3) Sasna. Bu 3 hissə milli mədəniyyətin inkişafına güclü təsir göstərmiş və onu zənginləşdirmişdir.

2 yorum:

  1. midiyanın incəsənəti haqqında məlumat istəyirəm

    YanıtlaSil
  2. Salam.Cox sagolun bu melumatlar azerbeycan xalqi ve Turk halki ici cok onemli.:))🍀👍👏

    YanıtlaSil